ÇL: “Qarabağ”ın oyunu ikinci oldu

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.

Komanda.az xəbər verir ki, 12 matçı ümumilikdə 219 366 tamaşaçı izləyib.

Ən çox azarkeş “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb. Türkiyə klubunun 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 41 505 tərəfdar olub.

“Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.

“Qarabağ” iki oyunun nəticəsinə görə 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu mərhələdəki rəqibi Finlandiya təmsilçisi HJK olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button