“Neftçi” cütün favoritidir” – Nermin Başiç

Bosniya və Herseqovinanın “Jelezniçar” klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”nin qonağı olacaq.

Komanda.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Sarayevo təmsilçisinin baş məşqçisi Nermin Başiç fikirlərini bölüşüb:

“Bizi öz futbol mərkəzində qonaq etdiyi üçün “Neftçi”yə təşəkkür edirəm. Bəzi problemlərimiz var idi. 6-7 oyunçumuz zədəlidir. Bir neçə gün ərzində bu problemləri aradan qaldırmağa çalışdıq. “Neftçi” böyük komandadır. Onlar cütün favoritidir. Bilirik ki, matç üçün bütün biletlər satılıb. Bütün Bosniya və Herseqovina bizə dəstəkdir. Çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. İlk matç bizim üçün yaxşı oldu. Bəzi şeyləri təhlil etdik. “Neftçi”nin günü-gündən gücləndiyini bilirik. Onları təhlil edirik. Rəqibə qarşı hazırlıqlı olacağıq. “Neftçi” büdcə olaraq bizdən qat-qat üstündür. Amma m n oyunçularıma inanıram. Onları növbəti matçlar üçün kökləyirəm.

Qlobal istiləşmə hər yerdə var. Bakıda da, Sarayevoda da temperatur eynidir. Bunun oyuna təsir edəcəyini düşünmürəm.

Bosniya və Herseqovina çempionatında dinamika Avropadan daha yüksəkdir. Biz sadəcə üç yoldaşlıq oyunu keçirə bilmişdik. Uzun məsafələr də bizi yorurdu. Sabah daha dinamik “Jelezniçar” görəcəksiz. Bəzi itkilərimiz oldu. 7 əsas oyunçumuzu itirmişik. Buna görə də son 20 dəqiqədə aşağı tempdə oynadıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button