“Jelezniçar” Bakıya itkilərlə gələcək

Bosniya və Herseqovinanın “Jelezniçar” komandasının futbolçusu Amar Drina Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.

Komanda.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə “ağ-qaralar”la 2:2 hesablı heç-heçə etdikləri ilk matçda sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə “Neftçi” ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button