“Fatih Terimə Azərbaycandan təkliflər gəlir” – Keçmiş futbolçu
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Necati Atəş maraqlı açıqlama verib.
Komanda.az “Ensonhaber”-ə istinadən xəbər verir ki, o, Türkiyənin tanınmış məşqçisi Fatih Terimə Azərbaycandan təkliflər olduğunu bildirib:
“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir. Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın “sükanı arxasına” keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.
Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə millisinə, həmçinin, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin