“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində, iyulun 27-də saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.

Komanda.az xəbər verir ki, öncə jurnalistlər önünə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiç çıxacaq. Saat 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə saat 21:30-da Qrbaviça stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button