Konfrans Liqası: “Neftçi”nin oyunu estoniyalı hakimə tapşırıldı

Bosniya və Herseqovinada “Jelezniçar”la “Neftçi” arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardımçı olacaq. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək oyun saat 22:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button