Konfrans Liqası: “Neftçi”nin səfər matçının vaxtı açıqlanıb

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə səfər oyununun vaxtı açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.

Matçın start fiti saat 22:30-da səslənəcək.

Bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button