“Portu” ərəblərlə danışıqları təxirə salmaq istəyir
Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr” “Portu”nun yarımmüdafiəçisi Otavionu heyətində görmək istəyir.
Komanda.az “Maisfutebol”-a istinadən xəbər verir ki, Riyad təmsilçisi futbolçu üçün qarşı tərəfə 40 milyon avrodan az sərbəstqalma məbləği təklif edib.
Portuqaliya klubu Otavionu heyətdə saxlamaq istəyir. Buna görə də, onlar danışıqları təxirə salmaq fikrindədirlər. İyulun 15-dən etibarən futbolçunun təzminatı 60 milyon avro olacaq.
Portuqaliya millisinin üzvünün “Portu” ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm o, bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 7 qol vurub və 13 məhsuldar ötürmə edib.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.
Bizi Facebook-da izləyin