Emin Mahmudov “Neftçi”də məşqləri bərpa etdi

“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, komanda toplanışın 8-ci günündə bir məşqlə kifayətlənib.

Ötən gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində “ağ-qaralar”la yeni müqavilə bağlayan kapitan Emin Mahmudov da iştirak edib. Bakıya qayıdıb klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinə olunan Aqil Məmmədovun olmadığı məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

“Sankt-Peterburq” otelində məskunlaşan komanda iyulun 1-də “Matç TV Kuboku”ndakı ilk oyununda “Zenit”lə qarşılaşıb (1:3). Flaqman iyulun 8-də Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gələcək. Hər iki görüş “Smena” stadionunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button