“Sabah” – “Beşiktaş” matçına neçə bilet satılıb? – Açıqlama
“Sabah” mayın 13-də Türkiyə Super Liqa təmsilçisi “Beşiktaş”la yoldaşlıq oyunu keçirəcək.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında matç üçün 20 mindən artıq biletin satıldığını söyləyib.
Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Xatırladaq ki, martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin