PSJ Messinin cəzasını azaltdı
PSJ-nin futbolçusu Lionel Messi komanda ilə məşqə çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə Paris klubu rəsmi “tvitter” hesabında paylaşım edib.
Liqa 1 çempionu 36 yaşlı argentinalı hücumçunun oyun və məşqdən uzaqlaşdırılmasını iki həftədən birə endirib.
Messi evdə “Loryan”a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra düşərgəni icazəsiz tərk edərək, Səudiyyə Ərəbistanına yollanmışdı. Daha sonra klub onu cəzalandırmışdı. Bundan sonra isə futbolçu üzr istəmişdi.
Messi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin