Keçmiş futbolçudan Messinin ünvanına ağır İTTİHAMLAR

Keçmiş futbolçu Jerom Roten hesab edir ki, PSJ Lionel Messi ilə əməkdaşlığı davam etdirməməlidir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin keçmiş oyunçusu argentinalı futbolçunu Paris klubunun sahiblərindən pul qoparmaqda ittiham edib:

“Eşitdiklərimdən yenə qorxuram. Messinin PSJ-dəki illəri haqqında necə düşündüyümü nəzərə alsaq, bundan narahatam. Niyə gəldi? Bu, sırf maliyyə məsələsidir. PSJ ona istədiyini verə biləcək yeganə klubdur, yeganə.

İndi də o, “Barselona”ya qayıtmağa üstünlük verir. Amma “Barselona” ona lazım olan pulu ödəyə bilmir və buna görə də, Messi qətərlilərdən daha çox pul qoparıb, müqaviləni uzatmağa çalışır. Ancaq indi sağ ol! Bəsdir!”

Xatırladaq ki, PSJ Liqa 1-in 33-cü turunda doğma meydanda “Loryan”a 1:2 hesabıyla uduzub. Klub rəhbərliyi bu oyunda qələbə qazanılacağı halda komandaya bir günlük istirahət veriləcəyini söz veribmiş. Lakin məğlub olduqları üçün ertəsi gün bütün kollektiv məşqə gəlmək məcburiyyətində qalıb. Messi isə məşq əvəzinə ailəsi ilə birgə Səudiyyə Ərəbistanına reklam çəkilişinə yollanıb. Bu da rəhbərliyi bərk qəzəbləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button