PSJ-dən Messiyə şok cəza

Fransanın PSJ klubu argentinalı hücumçusu Lionel Messini cəzalandırıb.

Komanda.az xəbər verir ki, Paris klubu rəhbərlikdən icazə almadan Səudiyyə Ərəbistanına reklam çəkilişində iştirak etmək üçün getməsini cavabsız qoymayıb.

PSJ rəhbərliyi bu səbəbdən Lioneli iki həftə müddətinə məşqlərdən uzaqlaşdırıb. Futbolçu bu müddət üçün maaş da almayacaq. Qərar rəsmən açıqlanmasa da, yerli mətbuat ulduz oyunçunun qarşıdakı iki rəsmi matçda da iştirak etməyəcəyini yazır. Söhbət “Trua” və “Ayaçço”ya qarşı oyunlardan gedir.

Xatırladaq ki, PSJ Liqa 1-in 33-cü turunda doğma meydanda “Loryan”a 1:2 hesabıyla uduzub. Klub rəhbərliyi bu oyunda qələbə qazanılacağı halda komandaya bir günlük istirahət veriləcəyini söz veribmiş. Lakin məğlub olduqları üçün ertəsi gün bütün kollektiv məşqə gəlmək məcburiyyətində qalıb. Messi isə məşq əvəzinə ailəsi ilə birgə Səudiyyə Ərəbistanına reklam çəkilişinə yollanıb. Bu da rəhbərliyi bərk qəzəbləndirib.

PSJ mövsümün başa çatmasına 5 tur qalmış 75 xalla Liqa 1-də vahid liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button