PSJ-nin yay planı: 225 milyon avro ayrılacaq!

PSJ rəhbərliyi yayda komandanın yenidən qurulması üçün təxminən 225 milyon avro ayırmağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Müqaviləsi bitəcəyi üçün müdafiəçi Serxio Ramosun yayda klubdan azad agent kimi ayrılacağı gözlənilir. Digər mərkəz müdafiəçisi Presnel Kimpembe də satıla bilər. Parislilər onların yerinə “Nitsa”dan Jan-Kler Todibo və “Monako”dan Aksel Disasini düşünürlər.

Fabian Ruiz və Karlos Soler də PSJ-ni tərk edə bilər. Paris klubu “Nitsa”dan Kefren Türamla maraqlanır.

İyun ayında müqaviləsi başa çatacaq Lionel Messinin də yayda komandadan ayrılacağı bildirilir. Onun yerinə bir neçə namizəd nəzərdən keçirilir: “Tottenhem”dən Harri Keyn, “Napoli”dən Viktor Osimhen, “Ayntraxt”ın hücumçusu Randal Kolo Muani və yayda “Borussiya”dan (Münhenqladbax) azad agent kimi ayrılacaq hücumçu Markus Türam.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button