Fransa nəhəngi ingiltərəli hücumçunu istəyir
PSJ “Reyms”də forma geyinən hücumçu Folarin Baloqunla maraqlanır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi komandada gənc futbolçular görmək istəyir. Bu səbəbdən, 21 yaşlı ingiltərəli futbolçu ilə müqavilə imzalamaq niyyətindədirlər.
Xatırladaq ki, Baloqun “Arsenal”a məxsusdur. O, Liqa 1 klubunda icarə əsasında çıxış edir.
Baloqun cari mövsümdə “Reyms”in heyətində 33 oyuna çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin