“Ümid edirəm ki, finala çıxan tərəf biz olacağıq” – “Neftçi”nin legioneri

“Neftçi” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər ki, oyundan sonra “ağ-qaralar”ın hücumçusu Yeqor Boqomolski klubun televiziyasına açıqlama verib. “Neftçi”nin yeganə qolunu vuran belaruslu forvard növbəti oyunlarda da bunun davamını gətirməyə çalışacağını bildirib:

“Əlbəttə ki, belə oyunda xal itirmək bizi məyus edir. Amma rəqib komandanın da əziyyətini yerə vurmaq olmaz. Sona qədər mübarizə apardılar. Nəticədə, oyun heç-heçə bitdi.

Hər zaman komandaya kömək etməyə hazıram. Qol vurdum. Yaxşı hissdir. Çalışacam ki, növbəti matçlarda da bunun davamını gətirim”.

Boqomolski Azərbaycan kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la keçirəcəkləri cavab görüşü haqda da danışıb. 23 yaşlı hücumçu finala çıxacaqlarına ümid etdiyini deyib:

“Mövsümün ən vacib oyununa çıxacağıq. Yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, finala çıxan tərəf biz olacağıq. Bütün azarkeşlərimizi stadiona dəvət etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button