Ramosun muzeylərini və restoranlarını sevdiyi şəhər
Daha əvvəl “Real”da oynamış PSJ-nin müdafiəçisi Serxio Ramos Parislə Madrid şəhərlərini müqayisə edib.
Komanda.az “esquire.com”-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi hər iki şəhər barədə xoş sözlər deyib:
“Paris hər şeyə malik şəhərdir. Buranın sakinləri gələn kimi məni öz evimdəki kimi hiss etdirdilər. Digər tərəfdən, Madridin Madrid olduğu göz qabağındadır. Mən onu atmosferini, muzeylərini və restoranlarını sevirəm… Xüsusilə, insanlar, ailə və dostlar üçün darıxıram. Mənim hələ də Madriddə evim var, ona görə də, imkan olanda ailəm və dostlarımla vaxtaşırı ora gedirəm. Hər halda, bunlar dünyanın ən böyük və ən gözəl iki şəhəridir”
Ramos 16 mövsüm “Real”da keçirib və 2021-ci ildə azad agent kimi PSJ-yə üz tutub.
Bizi Facebook-da izləyin