Prezident şəxsən özü onu istəyir
PSJ, yay transfer pəncərəsində London klubunu tərk etmək qərarına gələrsə, “Tottenhem”in hücumçusu Harri Keyn üçün mübarizə aparmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər futbolçunun müqaviləsi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər. PSJ-nin prezidenti Nasser Əl-Xələfi şəxsən ingilis forvardı klubda görmək istəyir.
Keynlə “Mançester Yunayted” və “Bayern” də maraqlanır.
Onun klubla müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. 29 yaşlı futbolçu 2011-ci ilin yanvarından “Tottenhem”də çıxış edir.
Keyn bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin