400-cü oyununa çıxan futbolçu: “Çox xoşbəxtəm!”
PSJ-nin müdafiəçisi Markinyos Fransa çempionatının 30-cu turunun “Nitsa” ilə görüşündən sonra (0:2) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin heyətində 400-cü matçına çıxan futbolçu bu barədə fikirlərini bildirib:
“PSJ həmişə mənə, azarkeşlərə minnətdarlığını bildirib. Parisdə çox xoşbəxtəm!”
28 yaşlı “sambaçı” 2013-cü ildən Paris klubunda çıxış edir.
Markinyos cari mövsümdə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin