Avropa Gimnastikasının İcraiyyə Komitəsi Bakıda bir araya gələcək
Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.
Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.
Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin