Bundesliqa klubunda yeni hücumçu

“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçika “Antverpen”inin hücumçusu Mixael Frayı heyətinə qatıb.

28 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Fray 2021-ci ildən oynadığı “Antverpen”də 69 oyuna 33 qol vurub. O, daha öncə “Yanq Boyz”, “Lill”, “Lutsern”, “Sürix”, “Fənərbaxça”, “Nürnberq”, “Vasland-Beveren” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button