“Özümüzə inandıq və qələbə qazandıq” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 17-ci turunun “Vest Hem”lə oyunu (3:1) barədə danışıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, rəqibə qarşı təzyiq göstərdiklərini deyib:

“Biz böyük bacarıq nümayiş etdirdik. Matçın əvvəlində rəqibin istədiyindən fərqli oynamağa başladıq. Təzyiq göstərməyə davam etdik, özümüzə inandıq və sonda qələbə qazandıq. Oyundan sonra Nketianı qucaqladım. Çünki o, öz performansı ilə qol vurmağa layiq idi. Gücünü, məharətini və özünə hakim olduğunu nümayiş etdirdi”.

“Arsenal” hazırda 40 xalla Premyer Liqada birinci, “Vest Hem” 14 xalla 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button