“Sabah”ın qış hazırlıq planı açıqlandı

“Sabah”ın qış fasiləsində keçəcəyi hazırlıq planı məlum olub.

Komanda.az kluba istinadən xəbər verir ki, komanda təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı 2023-cü il yanvarın 7-də start götürəcək. Premyer Liqa iştirakçısı hazırlıq dönəmində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” komandaları ilə yoxlama görüşlərinə çıxacaq.

“Sabah” yanvarın 19-da Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button