De Rossi karyerasını başa vurmağı düşünmür: “Oynamaq istəyirəm”

İtaliyanın “Roma” klubunun mövsümün sonunda yollarını ayıracağını açıqladığı Daniele De Rossi gələcək planları barədə danışıb.

Komanda.az xəbər verir ki, karyerası ərzində yalnız “canavarlar”ın uğurları üçün çalışmış 35 yaşlı futbolçu, Françesko Tottidən fərqli, karyerasını başa vurmaq istəmədiyini bəyan edib:

“Tezliklə 36 yaşım olacaq. Amma mən ən azı daha 1-2 il burada futbol oynamağı düşünürdüm. Futbolçuyam və oynamaq istəyirəm. Yeni komanda axtarmaq mənim üçün tamamilə yeni bir şeydi. Bu məsələni ailəm və agentimlə müzakirə etməliyəm”.

İtaliya mətbuatı A Seriyasının sonuncu turunda keçiriləcək “Parma” ilə oyunda “Roma”ya vida edəcək təcrübəli yarımmüdafiəçinin karyerasını ABŞ çempionatında davam etdirəcəyini yazır.

De Rossi “Roma”nın əfsanəvi futbolçusu Françesko Tottidən (786 oyun) sonra bu komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudu – 615 matç. O, bu görüşlərdə 63 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button