Avropa Liqası: İngiltərə klubunun oyunu təxirə salındı
İngiltərədə “Arsenal” və Niderlandın PSV komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu təxirə salınıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi səbəb olub.
Avropa futbol qurumu matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün bu qərarı qəbul edib.
Qarşılaşma sentyabrın 15-də keçirilməli idi.
Bukingem Sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin