”Arsenal” 19 yaşlı hücumçu ilə maraqlanır

“Arsenal” “Vilyarreal” və İspaniya millisinin hücumçusu Jeremi Pino ilə müqavilə imzalaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta bu transferdə maraqlıdır.

Daha əvvəl “Vilyarreal”ın 19 yaşlı ispaniyalını 45 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

Pino ötən mövsüm “Vilyarreal”ın heyətində 40 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na kimidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button