“Atletiko”nun hücumçusu italyanların hədəfində
“Atletiko”nun futbolçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Napoli”nin diqqət mərkəzinə düşüb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Napoli”nin Braziliya əsilli ispaniyalı futbolçunu icarəyə götürmək istədiyi bildirilib.
Bu mövsüm La Liqada 16 qarşılaşmada iştirak edən Kosta, 2 qol vurub. Onun “Atletiko” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin