İslamiada: Azərbaycan millisi Əfqanıstana qalib gəldi

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:4; 25:11; 25:4).

Azərbaycan daha əvvəl avqustun 8-də Seneqaldan üstün olmuşdu – 3:0 (25:7; 25:6; 25:10).

Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button