Azərbaycan İslamiadada növbəti medalını qazandı
Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.
Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medaldır. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin