“Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

“Çelsi” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın müdafiəçisi Antonio Rudiger zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 36-cı turunun “Mançester Yunayted”lə görüşündə (1:1) sol dizindən zədələnən alman futbolçu əməliyyat olunub. Rudiger mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

“Çelsi” ilə 2022-ci ilə qədər müqaviləsi olan Rudiger, bu mövsüm “zadəganlar”la 44 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button