1 “qızıl”, 1 “bürünc”

Azərbaycan milli komandası İtaliyanın Rimini şəhərində start götürən batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatında 1 qızıl, 1 bürünc medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, ən yüksək nəticəni gənclər arasında batut üzrə Maqsud Mahsudov və Hüseyn Abbasovdan ibarət sinxron cütlük göstərib. Onlar 48.420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Tamblinqdə isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklərin komanda yarışında bürünc medala sahib çıxıb.

Bu gün Avropa çempionatında tamblinq üzrə gənclər arasında komanda yarışlarının finalı təşkil ediləcək. Azərbaycanı Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcək.

İyunun 5-də isə fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə yarımfinal mərhələsi keçiriləcək.

Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcəklər.

Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaq.

26-28 mayda eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri və dünya kubokunda da Azərbaycan millisi uğurla çıxış edib. Beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, dünya kubokunda isə tambliq üzrə 1 gümüş medal əldə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button