Türkiyədə öldürüldü – azərbaycanlı idmançı
Qarışıq döyüş növləri ilə məşğul olan azərbaycanlı idmançı İlkin Eminov Türkiyədə qətlə yetirilib.
Komanda.az xəbər verir ki, 27 may tarixində Çanaqqala vilayətinin Lapseki rayonunda futbol oyunu zamanı insident yaşanıb. Mübahisə qısa zamanda davaya çevrilsə də, hadisə böyümədən tərəflər sakitləşdirilib. Mayın 28-də, Türkiyə vaxtı ilə saat 23.30 radələrində rayon ərazisindəki qəhvəxanada barışmaq üçün bir araya gələn iki qrup arasında yenidən dava düşüb. Qısa müddətdə böyüyən dava ölümlə nəticələnib.
Lapseki rayonunda işləyən və qarışıq döyüş növləri ilə məşğul olan 28 yaşlı azərbaycanlı İlkin Eminov dava zamanı ağır bıçaq xəsarəti alıb. Lapseki dövlət xəstəxanasına çatdırılan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb. (Qaynarinfo)
Hadisədən sonra üç nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin