“Roma” onun üçün 20 milyon istəyir
“Roma”nın futbolçusu Edin Dzeko karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, Dortmund “Borussiya”sı 33 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Roma”nın da Dzekonun ayrılmasına problem yaratmayacağı bildirilib. A Seriyası təmsilçisi “Borussiya”dan hücumçu üçün 20 milyon avro tələb edir.
“Roma” ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Dzeko, bu mövsüm 35 oyunda iştirak edərək, 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin