De Bruyne üçün əlamətdar oyun
İngiltərə Premyer Liqasının 30-cu turunun “Mançester Siti” – “Brayton” matçı (3:0) meydan sahibləriinin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu oyun de Bruynenin MS-də 300-cü matçı olub. O, yubiley matçında qol ötürməsi ilə yadda qalıb. De Bruyne 300 matçda 81 dəfə rəqib qapısına zərbə endirib, 116 dəfə komanda yoldaşlarına ötürmə verib.
Belçikalı futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində Premyer Liqada 25 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 90 milyon avro göstərilir.
“Mançester Siti” hazırda 77 xalla Premyer Liqanın lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin