“Yuventus” və “Napoli”nin prezidentləri futboldan kənarlaşdırılır

İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli 1 il müddətinə futboldan kənarlaşdırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

O, oyunçuların transferi zamanı saxta maliyyə hesabatları hazırlamaqda ittiham olunur. Klub prezidentinin günahı sübuta yetirilsə, o, həm də 800 min avro məbləğində cərimələnəcək. Anyelli ilə yanaşı, klubun vitse-prezident Pavel Nedvedlə CEO-su Maurisio Arrivabeneni də ağır cəza gözləyir. Onlar 8 ay müddətinə diskvalifikasiya olunacaqlar.

Ən ağır cəza isə Turin təmsilçisinin sabiq idman direktoru, hazırda İngiltərənin “Tottenhem” klubunda çalışan Fabio Paratiçiyə veriləcək. Onun 16 ay müddətinə cəzalanması tələb olunur.

Nigeriyalı hücumçu Viktor Osimhenin Lion “Olimpik”indən transferində saxtakarlığa yol verən “Napoli” prezidenti Aurelio De Laurentisi də ağır cəza gözləyir. Onun 11 ay 5 günlük diskvalifikasiya edilməsi gözlənilir.

Bu cəzaları Federal Milli Məhkəmədə keçirilən iclasda prokurorluq tələb edib. Aprelin 5-də A Seriyası təmsilçisi olmaqla, ümumilikdə 11 klubun (“Yuventus”, “Sampdoriya”, “Napoli”, “Cenoa”, “Empoli”, “Pro Verçelli”, “Parma”, “Piza”, “Verona”, “Novara” və “Peskara”) 61 əməkdaşı saxtakarlıq işinə cəlb olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button