Qvardiola: “Bu oyun Premyer Liqa üçün yaxşı reklam idi”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 32-ci turu çərçivəsində “Liverpul”a qarşı keçirdikləri oyunu (2:2) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Lİverpul”la matçın Premyer Liqa üçün yaxşı reklam olduğunu deyib:
“Liverpul”la oyun boks döyüşünə çox bənzəyirdi. Bu oyun Premyer Liqa üçün yaxşı reklam idi.
Fantastik oyun oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. “Liverpul”u izləmək əladır. Biz də çox yaxşı çıxış etdik və komandamla fəxr edirəm. Hər iki komanda bilir ki, qarşıda yeddi matç qalıb və qalib gəlməlidir. Əks halda, hər şey bitəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin