Premyer Liqada ilin ən yaxşı futbolçusu adına namizədlər
İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Britaniya Peşəkar Futbolçular Assosiyasiyassının “tvitter” hesabı məlumat yayıb. İlin ən yaxşısı adına “Çelsi”dən Eden Hazard, “Liverpul”dan Sadio Mane və Vircil Van Dayk, “Mançester Siti”dən Rahim Sterlinq, Bernardo Silva və Serxio Aquero namizəd görülüb.
Qalib, aprelin 28-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin