Ermənini məğlub etdi, gürcüyə rəqib oldu
Azərbaycanın sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Komanda.az xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən Əhmədov 1/4 finalda Hovannes Maqakyana qalib gələrək yarımfinala yüksəlib.
Cəbrayıl Hacıyev (74 kq) digər erməni güləşçi Menua Yaribekyanı və avstriyalı Simon Marçllı məğlub edərək yarımfinala adlayıb.
Abubakr Abakarov (86 kq) 1/8 finalda bolqarıstanlı Xristo İliyevi, ardınca isə Fransanı təmsil edən Rahim Maqamedovu yenib.
Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda albaniyalı Emiliano Onuziyə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Daviti Koquaşvili ilə bacarmayıb.
Hacıyev finala gedən yolda türkiyəli İsmet Çiftçi, Abubakr onun həmyerlisi Emre Çiftçi, Əhmədov isə gürcüstanlı Solomon Manaşvili ilə görüşəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Bizi Facebook-da izləyin