Azərbaycan yığması AÇ-də 5-ci oldu

U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışa məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçiylə yollanan millimiz uğurlu çıxış edib.

Belə ki, 6 idmançımızdan 4-ü medal qazanıb.

Yekunda 93 xal toplayan yığmamız 5-ci yeri tutub. Türkiyə 143 xalla Avropa çempionu olub. Macarıstan (120) ikinci, Polşa (118) üçüncü, Moldova (96) isə dördüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, yığmamızın üzvlərindən Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button