Balayevin komandasından ilk xal itkisi
Futbol üzrə Qazaxıstan çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma “Jetısu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb.
Bu tura qədər maksimum nəticə göstərən “Tobol” ilk xal itkisindən sonra zirvəni əldən verib. Belə ki, bu komanda hazırda 16 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin