Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi yarımfinalda
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın üç qadın güləşçisi mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib – 12:7. O, yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.
Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni “tuşe” ilə məğlub edib. Əliyeva yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gələcək.
Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla görüşdə minimal fərqlə uduzub – 7:8.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin