“Mançester Siti” mövsümün ən yaxşı oyunlarından birini keçirdi”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 28-ci turunun “Mançester Yunayted”lə oyunu haqda fikirlərini bildirib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, ispan məşqçi komandasının mövsümün ən yaxşı oyunlarından birini keçirdiyini deyib:
“Xüsusilə, ikinci hissədə yaxşı oynadıq. “Mançester Siti” mövsümün ən yaxşı oyunlarından birini keçirdi. “Mançester Yunayted” ilk hissədə daha güclü idi. İkinci hissədə bizə təzyiq etməyi dayandırdılar.
Kevin de Bruyne bu oyunda əla formada idi. Mən onun vurduğu qollarda, oyunundan məmnunam”.
“Mançester Siti” “Mançester Yunayted”i 4:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin