Mbappenin ailəsi ilə görüşdülər – PSJ-də qalması üçün

PSJ klubu hücumçusu Kilian Mbappeni komandadan buraxmaq istəmir.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, Çempionlar Liqasında “Real”la oyundan (1:0) sonra Qətər əmiri Təmim bin Həməd Əl Taniyə yaxın adamlar fransalı futbolçunun ailəsi ilə görüşüb, onunla müqavilənin uzadılmasını müzakirə ediblər, Bildirilir ki, parislilər Mbappe ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Əvvəllər dəfələrlə Mbappenin 2022-ci ilin yayında azad agent kimi “Real” keçməyə yaxın olduğu barədə məlumatlar yayılıb.

PSJ-nin prezidenti qətərli Nasser Əl Xələfidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button