Yenə yarımfinal, yenə İspaniya

“Barselona” Çempionlar Liqasında “Mançester Yunayted”i ilk matçda 1:0, cavab oyununda isə 3:0 hesabıyla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ÇL-də yeganə İspaniya təmsilçisi olan “Barselona”, ispanların adına yeni rekorda imza atıb. Belə ki, Çempionlar Liqasında ardıcıl 12 mövsümdür ki, yarımfinal mərhələsində ən azı bir İspaniya təmsilçisi olur.

Çempionlar Liqasında sonuncu dəfə 2006/07 mövsümünün yarımfinal mərhələsində ispan klubu yox idi. Həmin mövsümdə “Liverpul”, “Milan”, “Mançester Yunayted” və “Çelsi” yarımfinal mərhələsində mübarizə aparırdı. Həmin mövsümün qalibi finalda “Liverpul”u 2:1 hesabıyla məğlub edən “Milan” olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button