Federasiya prezidenti yığma komandaların baş məşqçiləri ilə görüşdü

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev müxtəlif növlər üzrə (şose, trek, dağ velosipedi və BMX) yığma komandaların baş məşqçiləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Toplantı Respublika Velotrekində baş tutub. Görüş zamanı federasiya rəhbəri və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button