Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi

Braziliya millisinin sabiq futbolçusu Luis Fabiano karyerasını bitirib.

Komanda.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə “instaqram” hesabından paylaşım edib. O, səhhətindəki problemlərə görə karyerasını bitirdiyini söyləyib.

Son olaraq ölkəsində “Vasko da Qama”da çıxış edən Fabiano 2005-2011-ci illərdə “Sevilya”nın (İspaniya) formasını geyinib. O, Braziliya yığmasında 45 oyunda 28 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button