“Yenidən liderliyə yüksəlmək niyyətindəyik” – “Neftçi”nin legioneri
“Neftçi”nin futbolçusu Roman Maçado Braziliya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, hücumçu, komandasının bu mövsümkü çıxışı haqda danışıb:
“Bura böyük nikbinliklə gəlmişəm. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm. Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm.
Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin