AFFA UEFA-nın qərarını gözləyir
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının üç futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirus testi pozitiv nəticələnib.
Komanda.az xəbər verir ki, Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.
Millinin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.
Bizi Facebook-da izləyin