“Bolonya”dan darmadağın

İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Parma” “Torino”nu qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

31-ci turun mərkəzi görüşü Turində keçirilib. “Yuventus” doğma azarkeşləri qarşısında “Milan”ı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Günün son oyununda isə son turlarda uğursuz çıxış edən “Roma” “Sampdoriya” səfərinə yollanıb. Paytaxt klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Fiorentina” evdə “Frozinone”yə məğlub olub. “Kalyari” SPAL-ı, “Udineze” isə “Empoli”ni məğlub yola salıb.

“İnter” – “Atalanta” matçında hesab açılmayıb. Dörd qolun qeydə alındığı “Latsio” – “Sassuolo” görüşündə də qalib müəyyənləşməyib. Liderin əsas izləyicisi “Napoli” isə bu dəfə “Cenoa” ilə ev oyununda xal itkisi ilə üzləşib.

Son oyun günündə bir görüş baş tutub. “Bolonya” doğma meydanda “Kyevo” ilə üz-üzə gəlib. Çempionatın aşkar autsayderi ilə oyunda 3 cavabsız qola sevinən “Bolonya” elitada qalmaq yolunda vacib qələbəyə imza atıb.

İtaliya A Seriyası, 31-ci tur

6 aprel

Parma – Torino 0:0

Yuventus – Milan 2:1
Qol: Dibala, 60-pen. M.Ken, 84 – Pyontek, 39.

Sampdoriya – Roma 0:1
Qol
: De Rossi, 75.

7 aprel

Fiorentina – Frozinone 0:1
Qol
: Çiofani, 84.

Kalyari – SPAL 2:1
Qol
: Faraqo, 3. Pavoletti, 60 – Antenuççi, 18-pen.

Udineze – Empoli 3:2
Qol
: De Paul, 15; 41-pen. Mandraqora, 45 – Kaputo, 11. Kruniç, 24.

İnter – Atalanta 0:0

Latsio – Sassuolo 2:2
Qol
: İmmobile, 53-pen. Luliç, 90 – Rocerio, 57. Berardi, 89.

Napoli – Cenoa 1:1
Qol
: Mertens, 34 – Lazoviç, 45.

8 aprel

Bolonya – Kyevo 3:0
Qol
: Pulqar, 65-pen; 68-pen. Diyks, 89.

Bombardir: Kşiştof Pyontek (Milan) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button