Emil Balayev ən yaxşı seçildi
Azərbaycan millisinin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, iki dəfə komandasını real qoldan xilas edən Balayev, görüşün ən yaxşısı olub. Onun “performans”ı 286 xalla qiymətləndirilib.
Balayevdən sonra komandanın ən yaxşısı 271 xalla Fernandey Kassay və 264 xalla Aleksander Kleşenko olub.
“Tobol” səfərdə “Şaxtyor”u minimal hesabla məğlub edib – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin